Tehran Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazırdır.
İslam.az Gün.Az-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.
Onun sözlərinə görə, münaqişənin davamı region ölkələrinə ziyan vuracaq:
"Regiondan kənar dövlətlər bu münaqişənin həllinə can atmırlar".
Pakayinın qeyd edib ki, xarici dövlətlər Cənubi Qafqaz regionunda mənafelərinə çatmaq üçün münaqişədən alət kimi istifadə edirlər.
"Münaqişə tərəfləri bu barədə xahiş etsələr, İran vasitəçi olmağa və münaqişənin həlli planını təqdim etməyə hazırdır" - deyə səfir bildirib.