Ermənilərin Xocalı aeroportunu istifadəyə verməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir, regionda gərginliyi artırır. Dünya birliyi, Beynəlxalq Mülki Aviasiya Təşkilatı bilir ki, bu məsələdə Ermənistan haqsızdır.
İslam.az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dövlətlər dəstəkləyib və dəstəkləyirlər. Müstəqil dövlətin ərazisindən icazəsiz uçuşlar etmək qadağandır. Amma, çox təəssüf ki, beynəlxalq təşkilatlar bununla bağlı qəti mövqe bildirmirlər. Əslində, mövqe bildirilməlidir. Biz bunu gözləyirik və mövqeymizdə sonadək qalacağıq.