POPULYARXƏBƏRLƏR

Rusiya Baş Prokurorluğu 20 Yanvara görə Mixail Qorbaçov barəsində cinayət işinin yenilənməsindən imtina edib

Rusiya Baş Prokurorluğu SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov barəsində cinayət işinin yenilənməsindən imtina edib. İslam.az APA-nın Moskva müxbirinin məlumatına istinad edərək bildirir ki, Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı (Profsoyuz qrajdan Rossii) İctimai Birliyi keçən ilin əvvəllərində Mixail Qorbaçovu Sovetlər İttifaqını dağıtdığına, Bakıda bir gündə 132 nəfərin qətlə yetirilməsinə əmr verdiyinə, Vilnüs və Tiflisdə kütləvi qırğınlar törətdiyinə görə məhkəməyə verib.

Eyni zamanda Mixaill Qorbaçov barəsində cinayət işinin yenilənməsi tələbi ilə Rusiya Federasiyası Baş Prokurorluğu yanında İstintaq Komitəsinə müraciət ünvanlanıb. Baş Prokurorluq isə cavabında müraciətdə Mixail Qorbaçovun cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir əsas olmadığını söyləyib. O da bildirilib ki, M. Qorbaçovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarının tələbi olmalıdır.
Bundan sonra Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyi tərəfindən Qorbaçov barəsində cinayət işinin yenilənməsi ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikova müraciət olunub.
Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyinin Qorbaçovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı keçirilən məhkəmə prosesi bir ilə yaxındır ki, davam edir. Birliyinin Moskva bölməsinin rəhbəri Aleksandr Kurinov APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, hazırda işə Moskva Apelyasiya Məhkəməsində baxılır: “Sonuncu məhkəmə instansiyasına qədər gedəcəyik. Nəticə əldə etməsək, Qorbaçovun barəsində olan tələblərlə Avropa Məhkəməsinə müraciət edəcəyik. İstəyirik ki, Qorbaçovun fəaliyyətinə hüquqi qiymət verilsin. Nəhəng ölkəni dağıdan, SSRİ-nin prezident andını pozan, minlərlə insanın qanına bais olan, Sovetlər İttifaqının milyonlarla vətəndaşlarına fəlakət gətirən insana “görkəmli ictimai xadim” deyə müraciət olunmamasını istəyirik, buna görə də, sona qədər gedəcəyik”.  
Qeyd edək ki, Mixail Qorbaçov barəsində cinayət işi hələ 1991-ci ildə SSRİ Baş Prokurorluğunun şöbə müdiri Viktor İlyuxin tərəfindən başlanıb. Lakin sonra o vəzifədən getdiyinə görə, cinayət işinə xitam verilib.



Yerləşdirilib:19 Yanvar, 2013  21:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com