Bakı şəhərində 20 Yanvar faciəsi ilə bağlı yeni abidə ucaldılıb.
İslam.az saytı APA-ya istinadən xəbər verir ki, bu gün Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış parkın və «Güllə yağışı» abidəsinin açılışı olub.
Açılış mərasimində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış edib.