İslam.az “Azerimuslims.com” saytına istinadən bildirir ki, Misirdə “Müsəlman Qardaşlar” hərəkatının iqtidara gəlməsindən sonra ölkənin ilk İslam qaydalarına uyğun qəhvəxanası istifadəyə verilib.
Xəbərlərdə paytaxt Qahirədə açılan qəhvəxananın qadınlara, kişilərə və ailələrə xidmətin göstərildiyi üç şöbədən ibarət olduğu bildirilib. Səudiyyə Ərəbistanındakı analoji qəhvəxanalarla oxşarlıq təşkil edən qəhvəxanada şöbələr bir-birindən şəffaf divarlarla ayrılır.
Yalnız dini musiqilərin ifa olunduğu qəhvəxana sahibi müştəri sarıdan əziyyət çəkmədiklərini deyib.