İslam.az “Azerimuslims.com” saytına istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyi xarici ölkələrdə akkreditə olunmuş səfirlərinə mühafizəçisiz hərəkət etməmək barədə xəbərdarlıq edib.
Xarici KİV Türkiyə XİN-in Fransanın paytaxtı Parisda PKK terror təşkilatının üzvü olan 3 qadının qətlə yetirilməsindən sonra səfirlərin həyatına mümkün təhlükənin mövcudluğunun istisna edilmədiyinə dair xəbərdarlıq etdiyini yazıb.
Xəbərlərdə nazirliyin xəbərdarlığından sonra PKK-nin xüsusilə fəal olduğu Almaniya, Fransa, Belçika, İsveç və Norveçdəki Türkiyə səfirliklərinin təhlükəsizliyi tədbirlərinin artırıldığı bildirilib.