İslam.az “Azerimuslims.com” saytına istinadən bildirir ki, Fransanın “terror” bəhanəsi ilə Maliyə müdaxiləsi bir sıra siyasi müşahidəçilər tərəfindən ABŞ və müttəfiqlərini Eritreya, Sudan, Çad, Niger, Mavritaniya, Seneqal, Liviya, Əlcəzair və Mərakeşin daxil olduğu və Pan-sahil adlanan müsəlman Afrikasının yenidən bölüşdürülməsi kimi xarakterizə edilib.
Malinin işğalının Fransaya aid müharibə olmadığını deyən ABŞ Müdafiə naziri Leon Panetta İngiltərədə Əlcəzairdəki əsirlərin azad edilməsi ilə bağlı məsələyə münasibətində NATO-nun “əl-Qaidə” təşkilatına təzyiqi artıra bilməsi üçün Şimali Afrikadakı problemlərin həllində daha yaxından iştirak etməli olduğunu deyib.
Avropa Birliyi və NATO ölkələrini Mali və Əlcəzairdəki böhranların həllinə daha çox dəstək verməyə çağıran Panettadan sonra İngiltərənin Baş naziri Devid Kameron da sözügedən Afrika ölkələrindəki gərginliyin regionun digər ölkələrinə yayılması ehtimalını istisna etməyib. Kameron sözügedən problemin həllində qərb ölkələrinin koordinasiyalı hərəkətinin vacibliyini vurğulayıb.