ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi ölkənin bütün aeroportlarında tətbiq edilən, insan bədəni göstərən skaynerlərdən imtina etdiklərini bəyan edib. Aeroportlardakı bütün belə skaynerlər yığışdırılıb, - bu barədə məlumatı İslam.az deyerler.org saytına istinadən yayıb.
İdarə belə bir qərarını həmin skaynerləri istehsal edən Rapiscan Systems şirkətinin belə skaynerlərin proqram təminatına düzəliş edə bilməməsi ilə əlaqələndirib. Belə ki, İdarə həmin şirkətdən skanyerlərin işini bir qədər “ədəbli” formaya salmağı istəmişdi.
Bundan öncə belə skaynerlərin yığışdırılması tələbi ilə ABŞ Konqresi də çıxış edib. Onlar bildirib ki, bu skaynerlərin tətbiqi əxlaq normalarına ziddir. Eyni zamanda bu aparatlar insan haqlarının kobud şəkildə pozulması kimi dəyərləndirilib.