20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar sabah Bakıda bəzi nəqliyyat vasitələri pulsuz xidmət göstərəcək.
İslam.az SalamNews-a istinadən xəbər verir ki, metronun bütün stansiyalarına qərənfillər düzüləcək. “20 Yanvar” stansiyasında isə xüsusi hazırlıq işləri görülüb. Hüzn günü saat 12:00 radələrində şəhidlərin xatirəsi anılacaq və qatarlar fit verəcək. Stansiyada sərnişinlər saat 12-yə qədər metronun xidmətindən pulsuz istifadə edəcəklər.
Metropolitendə həmçinin bildirilib:“1990-cı ildən başlayaraq təxminən 10 il ərzində faciənin il dönümü günündə sərnişinlər metronun bütün stansiyalarından pulsuz istifadə ediblər. Son illər isə bu qayda yalnız “20 yanvar” stansiyasında tətbiq olunub. Bu il sərnişinlər “20 yanvar” stansiyasından yenidən pulsuz istifadə edəcəklər.
Həmin gün paytaxtın “Elmlər Akademiyası” metrostansiyası yaxınlığından xüsusi avtobuslar sərnişinləri Şəhidlər Xiyabanı yaxınlığına, Parlament prospektinə qədər pulsuz daşıyacaq. Bakı Sərnişinnəqliyyat MMC-nin sərnişindaşıma şöbəsinin müdiri Yunis Abdullayevin verdiyi məlumata görə, digər avtobusların pulsuz işləməsi isə yalnız sahibkarların təşəbbüsü ilə ola bilər.