Seyful-İslam Qəddafi Liviya inqilabı zamanı nümayişçiləri qətlə yetirməkdə ittiham olunur.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Liviya məhkəməsi onu yeni ittihamlarla təqsirləndirir. Hakimin iddiasına əsasən, o, Liviya bayrağıni və dövlətin atributlarını təhqir edib.
Beynəlxalq Cinayətlər Məhkəməsi Seyful-İslamı Liviyadan tələb etsə də, Liviya hakimiyyəti onun ölkə daxilində mühakimə olunmasına qərar verib.
Bildirək ki, keçmiş Liviya lideri Muammar Qəddafinin oğlu Seyful-İslam Qəddafi 2011-ci ilin noyabrında Liviyadan qaçarkən qiyamçılar tərəfindən ələ keçirilib. Atasının hakimiyyəti dövründə qiyamçıları əl hərəkətləri ilə hədələyən Seyful-İslam tutulan zaman sağ əlinin üç barmağı kəsilib.