Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov yanvarın 19-23-də Pekində səfərdə olacaq.
İslam.az SalamNews-a istinadən xəbər verir ki, səfər zamanı Çinin nüfuzlu beyin mərkəzlərindən biri olan ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə SAM arasında əməkdaşlığa dair memorandum imzalanacaq.
Səfər çərçivəsində ÇXR-in Sosial Elmlər Akademiyası yanında Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun rəhbəri, ÇXR-in Dövlət Şurasının İnkişaf Araşdırma Mərkəzi yanında Avropa-Asiya Sosial İnkişafı Araşdırma İnstitutunun rəhbəri və ÇXR-in Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İdarəsinin rəisi və Çinin digər tanınmış elm adamları ilə görüşləri və CCTV-nin rusdilli kanalına müsahibə nəzərdə tutulub.