Yanvarın sonunda İsveçrənin Davos şəhərciyində növbəti Ümumdünya İqtisadi Forumu işə başlayacaq. Çox ekspertlər hesab edirlər ki, bu dünyanın gizli hökümətinin görünən tərəfidir. Əvvəllər bu gülüşlə qarşılanırdı. Ancaq ilbəil gizli dünya hökumətinin olmasını sübut edən yeni-yeni faktlar yaranır. İslam.az bu məlumatı anspress.com saytına istinadən yayıb.
Cenevrə şəhəri elə də böyük deyil. Bir-iki saata onu tamamilə gəzmək olar. Amma sənədlərdə Cenevrə Çinin istifadə etdiyi qədər neft idxal edir. Dünyada istehsal edilən şəkərin, kofenin demək olar ki, yarısı, buğdanın isə 1/3 bura gətirilir. Dünya hökumətindən danışanda adətən müxtəlif beynəlxalq təşkilatların baş qəarargahlarının məhz Cenevrədə yerləşməsini qeyd edirlər.
Amma anonim qalmaq istəyən və 30 ildən çox burada işləyən ekspertlərdən birinin sözlərinə görə, onlar çoxdandır ki, heç nəyə qərar vermirlər. Aydındır ki, kiçik şəhər olan Cenevrədə o qədər şəkər, kofe və buğdadan,neftdən istifadə edilmir. Amma Rusiya neftinin 75%, Qazaxıstan neftinin isə 100% Cenevrədən satılır.
Digər bir şəhər Bazeldir. Qərb jurnalisti hələ 1983-cü ildə dünya hesablanma bankının binasındakı gizli məclislərdən danışıb. Onda onun məqaləsinə heç kim fikir vermədi. İndi yeni məqamlar üzə çıxır - ayda bir iki dəfə dünyanın ən iri banklarının rəhbərləri bura toplaşır. Otururlar, konyak içirlər və protokolsuz ürəkdən danışırlar. Bazelin gizli gecələrinin qonaqları dünya hökumətinin yüksək eşalonudur. Onlara beynəlxalq şirkətlərin rəhbərləridə qoşulur. Jurnalistlərin iddiasına görə, onlar görünməmək, diqqət mərkəzində olmamaq üçün müxtəlif yerlərdə, müxtəlif damların altında görüşürlər. Bu gün onların müzakirə etmək üçün mövzusu var. Axı kapitalizm sistemi laxlayır və onda necə islahat etmək lazım olması haqqında düşünmək lazımdır.
Daha biri - Bilderberq klubu. Hər dəfə yeni yerdə topalaşan 383 nəfər. İştirakçıların adları şifrələnib. Amma 2008-ci ildə jurnalistlər onların bir necəsinin adlarını öyrənə bilmişdilər.
"Komitet 300" də var. Yazıçı Con Kolemananın versiyasına görə, varlıların gizli birliyi hələ 1807-ci ildə yaradılıb. Onun iclasında guya ki, Yeltsin də iştirak edib və onlar SSRİ necə dağıtmağı düşünüblər. Bunun doğurdan da belə olub olmadığını bu gün demək çox çətindir.
Amma bir müddət öncə Surix Federal Texnologiyalar İnstitutunun bir qrup aliminin dünya hökumətinə dair araşdırması adamı ehtiyatlandırır. Onlar 43 min transmilli şirkəti tədqiq ediblər və müəyyən ediblər ki, yekun nəticədə onlara 147 nəfər başçılıq edir. Onlar dünya üzrə ümümdünya məhsulunun 60 faizini əllərində saxlayırlar.
Yəni dünya hökuməti heçdə fantastika deyil.