Dəhşətli yanğının ortasında olan iki dindara məxsus mağaza salamat qalıb
Bazar günü yanan "8-ci km bazarı"nda gərgin iş başlayıb. Ötən gündən başlayaraq rəhbərliyin göstərişi ilə bazarın yanıb sıradan çıxmış hissəsində təmizlik işlərinə başlanılıb.
Amma "8 km bazarı"nda indi hamı Hacı İbrahim və Hacı Fazilin birgə işlətdiyi mağazanın yanmamasından möcüzə kimi danışırlar. Dörd bir tərəfi od tutub yanan bu mağazada bir yaylıq belə yanmayıb. Dükan sahibləri ciddi dindardırlar və onların hər ikisi ötən mövsümdə Həccdən qayıdılar. Onlar deyirlər ki mağazada Quran kitabının olması yanğın təhlükəsini sovuşdurub. // Bizim Yol