İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə bilik yarışmasına - II "Uşaq Mövlud Olimpiadası"na start verilir. "Uşaq Mövlud Olimpiadası" İcərişəhər “Cümə” məscidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyilətəşkil edilir. Məlumatı islam.az deyerler.org-a istinadən yayıb.
Olimpiadaya aid bir neçə qeyd:
- "Uşaq Mövlud Olimpiadası"nda yalnız ibtidai sinif şagirdləri iştirak edə bilər.
- "Uşaq Mövlud Olimpiadası"nın suallarının Cəfər Sübhaninin "Əbədiyyət nuru - Həzrət Muhəmməd (s)"kitabının bir hissəsindən (səh. 89-116) tərtib edilməsi nəzərdə tutulub.
Beləliklə, bu kitabın 4 kiçik bölməsi:
"Həzrət Muhəmmədin (s) anadan olması" (səh. 89-99), "Peyğəmbərin (s) uşaqlıq dövrü" (səh. 99-103),
"Həzrət Muhəmmədin (s) ailəyə qayıdışı" (səh. 103-111) və "Həzrət Muhəmmədin (s) gənclik dövrü" (səh. 111-116) əsasında II "Uşaq Mövlud Olimpiadası"nın sualları tərtib ediləcək.
- "Uşaq Mövlud Olimpiadası"nda iştirak etmək üçün, valideynlər və ya şagirdlərin özlə[email protected] ünvanına yazaraq, burada iştirakçı barədə qısa məlumatı (ad, soyad, yaş, neçənci sinifdə oxuyur), əlaqə telefonlarını, e-mail ünvanını bildirmək lazımdır.
- Mövlud Olimpiadasında qeydiyyat yalnı[email protected] ünvanına yazmaqlabaş tutur.
- Mövlud Olimpiadasında iştirak üçün qeydiyyat müddətiyanvar ayının 22-si, saat 23.00-a qədərdir.