İslam.az “Azerimuslims.com”a istinadən bildirir ki, İraqın Regional Kürd Administrasiyasının (İRKA) rəhbəri Məsud Bərzani Ümumdünya Müsəlman Alimlər Birliyinin (ÜMAB) sədri Şeyx Yusif əl-Qərdavini İraqa dəvət edib.
Xəbərlərə görə, Bərzaninin mətbuat məsələləri üzrə müşaviri Kifah əl-Sincari Şeyx əl-Qərdavini Qətərdə ziyarət edərək, İRKA rəhbərinin dəvətini alimə çatdırıb. Habelə xəbərlərdə Sincarinin ÜMAB sədri ilə İraqdakı sünni, ərəb və kürdlərin problemləri haqqında fikir mübadiləsi apardıqları öz əksini tapıb.
Türkiyə mətbuatı görüşdə Sincarinin İslama və müsəlmanlara xidmətlərindən dolayı İraq xalqı adından Şeyx əl-Qərdaviyə və rəhbəri olduğu quruma minnətdarlığını bildirdiyini yazıb.