İslam.az “Azerimuslims.com” saytına istinadən bildirir ki, Yunanıstanda 2007-ci ildə qəbul edilən, ancaq ölkədəki türk azlığın etirazlarından sonra həyata keçirilməyən “İmam qanunu” kimi də bilinən qanun layihəsi bəzi dəyişikliklərlə parlamentdə qəbul edilib.
İqtidardkı Yeni Demokratiya (YD) və PASOK millət vəkilləri tərəfindən hazırlanan və Təhsil Nazirliyinin parlamentə təqdim etdiyi layihənin səs çoxluğu ilə qəbul edildiyi bildirilib. Səsvermədə YD və PASOK-la yanaşı, Qızıl Şəfəq və Müstəqil Yunanlar Partiyasından olan parlamentarilərin layihənin lehinə, koalisiya ortaqlarından demokratik solçu DİMAR fraksiyasının isə əleyhinə səs verdiyi qeyd olunub.
Qeyd edək ki, Yunanıstanın Qərbi Trakya vilayətindəki məscidlərin imamlarının xristian yunanlardan ibarət 5 nəfərlik heyət tərəfindən təyin olunmasını nəzərdə tutan qanun layihəsində sözügedən imamların məktəblərdə din dərsini tədris etməsi də öz əksini tapıb.