Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstinin FƏTH təşkilatının rəhbəri Mahmud Abbas və HƏMAS lideri Xalid Məşəl ilə telefon bağlantısı qurub. Söhbət zamanı tərəflər başlıca olaraq ötən həftə Qahirədə Fələstinin milli birliyi naminə aparılan danışıqları müzakirə edib.
Telefon danışığı zamanı Mahmud Abbas yaxın zamanlarda Ərdoğan ilə birbaşa danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
HƏMAS lideri Xalid Məşəl də Ərdoğana zəng edərək Fələstində milli birlik naminə aparılan dialoq və bu dialoqun nəticələrini müzakirə edib. Baş nazir Ərdoğan isə hər iki tərəfə danışıqların məhsuldar aparılmasına görə minnətdarlıq edib və fələstinlilər arasında birliyin önəmli nəticələr verəcəyinə inandığını vurğulayıb. Məlumatı islam.az deyerler.org-a istinadən yayıb.