Rusiya Elmlər Akademiyası Sosial Araşdırma İnstitutunun hesabatlarına görə. Rusiyada əhalinin Yaradana inancı xeyli artıb və ateistlərin sayı kifayət qədər azalıb.
İslam.az-ın deyerler.org-a istinadən verdiyi xəbərə görə son 3 il üçün aparılan araşdırmanın nəticələrinə görə, məsihi inancına mənsub olanlar 2009-cu ildən indiyə qədər 7 faiz artıb və indi əhalinin 79 faizi pravoslavdır.
Yaradana inananların artmasına paralel olaraq ateistlərin də sayı xeyli azalıb. Araşdırma nəticəsində o da məlum olub ki, xristianların yalnız 11 faizi kilsəyə gedir. 2009-cu ildə isə kilsəyə gedənlər 14 faiz təşkil edirdi.
Rusiyada xristianlarla yanaşı müsəlman dininə mənsub olanların da 4 faiz artdığı bildirilir. Rusiyada olan müsəlmanların böyük əksəriyyətinin inanclı olduğu bildirilir.