Türkiyə Prezidenti Abdullah Gül «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair» Sazişin və ona əlavənin, habelə “Türkiyə Respublikası Hökuməti ilə “The Trans Anatolian Gas Pipeline Company B.V.” arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair» Sazişin təsdiq olunması barədə qanunları imzalayıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Azərbaycan və Türkiyə hökumətləri arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqinə dair, ortaqlıq və əməkdaşlıq haqqında və dövlət qulluğu personalının təkmilləşdirilməsi və dəstəklənməsi sahələrində əməkdaşlıq haqqında sazişlərin təsdiq olunmasına dair qanunları da imzalayıb.