POPULYARXƏBƏRLƏR

Məşhur boksçu Məhəmməd Əlinin doğum günüdür

Bu gün ağır çəkili peşəkar Amerika boksçusu Məhəmməd Əlinin (əvvəlki adı Kassius Marsellus Kley) doğum günüdür. İslam.az-ın SalamNews-a istinadən verdiyi məlumata görə, o, 1942-ci ildə ABŞ-ın Kentukki əyalətində anadan olub. Atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. On iki yaşında boksla məşğul olmağa başlayan qara dərili oğlan 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında ilk böyük qələbəsini qazanıb. Burada o, turnirin qızıl medallarına layiq görülüb.

1961-ci ildə Kasius dövrün məşhur "nokautçu" boksçusu Lamar Klarkla üz-üzə gəlib və onu ikinci raundda nokauta göndərib.1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edib. O, həmçinin, Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olub.Həmin dövrdə bu təşkilat qara dərili müsəlmanların təşkilatı hesab olunurdu.
1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağ rılıb. Bu zaman ABŞ Vyetnamla müharibə edirdi. Əli orduda xidmət etməkdən imtina edir. ABŞ-ın başladığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edib. "Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada "qara zənci" çağırmayıblar. Bu ədalətsiz bir müharibədir" - deyə Əli açıq şəkildə bildirib. Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını əldən alaraq, Əlini 3 il müddətinə boksdan uzaqlaşdırıb.
1970-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilir. 1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında "Əsrin döyüşü" adlandırılan döyüş baş tutub. Döyüş Freyzerin qələbəsi ilə başa çatıb.1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlib və onu məğlub edib.Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formana wstwn gələrək ikiqat dünya çempionu tituluna sahib çıxıb. 1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş Əlinin qələbəsi ilə başa çatıb. Döyüşdən sorna Əli Freyzeri özündən sonra ən yaxşı boksçu adlandırıb.1981-ci ildə Trevor Berbikə məğlub olan Əli boksu tərk etdiyini elan edib.
1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı “Məhəmməd Əli bulvarı” olub. Bir neçə il sonra tanınmış boksçuda parkinson xəstəliyinin əlamətləri görünməyə başlayıb və o bu xəstəlikdə əziyyət çəkir. 1991-ci ildə Tomas Hauzer tərəfindən "Məhəmməd Əli: Onun həyatı və zamanlar" adlı kitab işıq üzü görür. Əliyə dünyada ən çox tanınan amerikalı olduğuna görə, "Amerikanın ruhu" mükafatı təqdim olunub.
2002-ci il noyabrın 17-də Əli Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edib. 2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə o, Prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə, dekabrın 17-də Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilib.



Yerləşdirilib:17 Yanvar, 2013  14:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com