POPULYARXƏBƏRLƏR

Seyid Yəhya Şirvani ilə bağlı beynəlxalq simpozium keçiriləcək

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi xəlvətilik təriqətinin Yaxın və Orta Şərqdə ən böyük təmsilçisi kimi tanınan Seyid Yəhya Şirvani ilə bağlı beynəlxalq simpozium təşkil edəcək. YUNESKO-nun “Seyid Yəhya ili” olaraq elan etdiyi 2013-cü il böyük mütəfəkkirin vəfatının 550-ci ildönümüdür. İctimai Birliyin sədri Fariz Xəlilli “Media forum” saytına açıqlamasında bildirib ki, simpozium Qafqaz Universiteti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə təşkil ediləcək. Tədbirin dəqiq tarixi Qafqaz Universitetinin Qafqaz Araşdırmalar İnstitutu və Türkiyənin bir neçə universiteti birgə müəyyən edəcək.

Fazil Xəlili Seyid Yəhya Şirvani ilə əlaqədar Türkiyədə də böyük simpozium keçiriləcəyini deyib: “Təşkilatın bu il keçiriləcək seminarlarının böyük hissəsi Seyid Yəhya Şirvaniyə həsr olunacaq. Həmin tədbirlərdə Seyid Yəhya irsinə aid mövzulara yer veriləcək. “Miras” Seyid Yəhyanın Şamaxıda və rayonun digər ərazilərində qalan türbələrinin bərpası ilə bağlı təkliflər planı da hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara təqdim edəcək. Xəlvətilik haqqında məlumatların əks oluduğu broşürlər də hazırlanacaq”.

Fariz Xəlilli Seyid Yəhya Şirvani irsinin təkcə Azərbaycanda deyil, Türkiyədə, bir çox Avropa ölkələrində, Balkan yarımadasında və Şimali Afrikada da kifayət qədər tanındığını deyib: “Xəlvətiliyin kökündə insanların Allaha daha çox yaxınlaşması, insanlar arasında mənəviyyatın yüksəldilməsi, pisliyin aradan qaldırılması, əxlaqın cəmiyyətdə ön plana keçməsi dayanır. Şirvanşahlar sarayında ayrıca hücrələri olan məscidlər var. Bu hücrələr xəlvətxanalardır. Bir sufi öz nəfsini tərbiyə etmək, hansısa mərtəbəyə çatmaq üçün mütləq o xəlvətxanada qırx gün qalmalı idi. Bu ənənələr illərlə davam edib, şeyxin nəzarəti altında həyata keçirilib”.

Birlik sədri əlavə edib ki, 15-ci əsrdə xəlvətilik yenidən meydana çıxanda islam dünyası böyük bir problemlə qarşılaşmışdı: “Monqollar bu ərazilərə yürüş etmiş, bütpərəstlik yenidən geri qayıtmışdı. Eyni zamanda xristianlıq da öz təsirini göstərirdi. Belə bir vəziyyətdə cəmiyyətdə həm islamın, həm də digər mənəvi məsələlərin yenidən ön plana çıxması üçün Seyid Yəhya Şirvani, Pir Ömər Avaxlı Şirvani, İbrahim Zahid Gilani kimi yenilikçi insanlar meydana çıxdı. Onlar əxlaq, mənəviyyat məsələləri ilə bağlı ciddi fəlsəfi əsərlər yazmış alimlərimizdir”.

Fariz Xəlilli qeyd edib ki, xəlvətilik təriqətinin yaradıcıları İbrahim Gilani və Ömər Avaxlı Şirvani olsa da, Seyid Yəhya Şirvaninin yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olub və müsəlman aləmində geniş yayılıb: “Seyid Yəhya Şirvani bölgələrə mürşidlər göndərməklə xəlvətiliyi məhəlli təriqət xarakterindən çıxardaraq dünyaya yaymağı bacarıb. Ona qədər bu cərəyan yalnız Şirvanda mövcud olub, lokal xarakter daşıyıb. İndi dünyanın hər yerində xəlvətilik sufi məktəbinin daşıyıcıları Seyid Yəhya Şirvaninin qoyub getdiyi əsərləri oxuyur. Ona təkcə xəlvəti şeyxi kimi yox, islam fəsləfəsinin və dünyagörüşünün əsaslarını müəyyənləşdirən insanlardan biri kimi baxmaq olar”. Məlumatı islam.az “Media forum” saytına istinadən yayıb.



Yerləşdirilib:16 Yanvar, 2013  19:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com