Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib ki, bu il dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin həcmi ötən ilki göstərici ilə müqayisədə bir qədər artırılıb. Bunu İslam.az Gün.Az-a istinadən yayıb.
O bildirib ki, artırılan vəsaitin həcmi 5-6 milyon manat təşkil edir.
AMEA prezidenti gənclərin elm sahəsinə cəlb edilməsi məqsədilə elmin inkişafı strategiyasının hazırlandığını da bildirib. Hazırda elm sahəsində gənclərin sayının az olduğunu deyən M.Kərimovun sözlərinə görə, strategiyanın hazırlanmasında əsas məqsəd də gənc nəsli elmə cəlb etmək, onların bu sahədə stimullaşdırılmasıdır.
“Gəncləri elmə cəlb etmək üçün onların əmək haqlarının artırılması, mənzillə təmin olunması, gələcək perspektivlərinin olması zəruridir” - deyə, AMEA prezidenti vurğulayıb.