İsrail əsgərləri İordan çayının Qərb sahilində yerləşən Budrus məntəqəsində 17 yaşlı fələstinlini qətlə yetirib. Məktəbdən qayıdarkən israilli əsgərlərin hücumuna məruz qalan Səmir Əvvad adlı fələstinli aldığı 4 güllə yarasından dünyasını dəyişib. Bu barədə məlumatı islam.az faktxeber-ə istinadən yayıb.
Qeyd edək ki, hadisə baş verən zamanı öldürülən fələstinlinin yanında olan İbrahim Əhməd adlı məktəbli isə İsrail əsgərlərinin xəbərdarlıq etmədən onları atəşə tutduğunu bildirib.