Şiə lideri Muqtada əs-Sadr İraqın Baş naziri Nuri əl-Malikini hökumət əleyhinə keçirilən aksiyaların iştirakçıları ilə birbaşa danışıqlar aparmağa çağırıb.
İslam.az SalamNews-a istinadən xəbər verir ki, əl-Arabiyanews agentliyinin məlumatına əsasən, şiə lideri İraqın baş nazirini nümayişçilərin tələblərini dinləməyə çağırıb.
Gərginliyin səbəbi İraq Konstitusiyasında terrorla mübarizə üzrə maddənin 4-cü bəndi olub. Nümayiş iştirakçıları qadın məhbusları azad etməyi və ayrıseçkiliyə son qoymağı tələb edirlər.
Xatırladaq ki, bundan əvvəl İraq hakimiyyəti 300-dən artıq məhbusu azad edib.