İslam.az-ın Azerimuslims.com istinadən verdiyi xəbərdə bildirilir ki, bu il Hollandiyada məscid imamlarının yetişdirilməsi məqsədilə iki İmam Xətib liseyi açılacaq. Lisey məzunları Türkiyədəki İlahiyyat fakültələrində təhsillərini başa vurduqdan sonra yenidən Hollandiyaya qayıdaraq, işlə təmin olunacaqlar.
Layihənin reallaşmasını yaxından izləyən Lahey Din Xidmətləri müşaviri və Hollandiya Din İşləri Təşkilatının sədri professor Mustafa Ünver “Anadolu” agentliyinə açıqlamasında liseylərin açılması ilə bağlı bir sıra türk qeyri-hökumət təşkilatları ilə müzakirələrin aparıldığını deyib.
Liseyin rəsmi xarakter daşımayacağını deyən Ünver ilk İmam Xətib liseyinin bu il fəaliyyətə başlamasının planlaşdırıldığını bildirib.