Saytımızın hörmətli oxucuları!
Mütəmadi olaraq elektron poçtumuza oxucularımızın qələmə aldıqları məqalələr daxil olur. Onlardan bəzilərini saytımızda yerləşdirmişik. Oxucularımızın yaradıcılığını daha da təşviq etmək məqsədi ilə “Oxucu qələmi” rubrikasını açmaq qərarına gəldik.
Sizi narahat edən, başqaları ilə bölüşmək istədiyiniz fikirlərinizi əks etdirən və ya dinimiz barədə demək istədikləriniz mövzularda olan və heç bir KİV-də dərc edilməyən yazılarınızı [email protected] elektron ünvanına göndərə bilərsiniz. Məqalələr Azərbaycan və ya rus dilində yazıla, müxtəlif sosial və dini sahələri əhatə edə bilər. Yazılar Word sənəd formasında olmalı, həcmi isə 4 min işarədən artıq olmamalıdır.
Redaksiya heyəti tərəfindən uyğun görülən məqalələr saytımızda dərc ediləcək. Yazanları daha da həvəsləndirmək məqsədi ilə hər ayın sonunda dərc olunan yazılardan ən yaxşısı mükafatlandırılacaq.
Elektron ünvanımıza göndərilən məqalələrin müəllifləri əlaqə saxlamaq üçün ya telefon nömrələrini, ya da daimi istifadə etdikləri e-mail ünvanlarını göstərməlidirlər.
Bütün iştirakçılara uğurlar diləyirik! Allah qələminizi iti, zehninizi aydın etsin!
P.S. Məqalə göndərərkən altında məqalə müəllifinin tam adını yazmağı unutmayın.