POPULYARXƏBƏRLƏR

YAP-çı millət vəkili tənqid etdi

Özəl televiziya kanalları əcnəbi ölkələrdə ömrünü başa vurmuş nimdaş layihələr və mövzularla doludur.

İslam.az Gün.Az-a istinadən xəbər verir ki, bunu hakim partiyadan olan millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.
Millət vəkili bildirib ki, bunun da səbəb müxtəlifdir:
“Ancaq uzaqgörən siyasi məqsədlər güdən, milli mentalitetimizə yad olan belə layihələrə güclü qrant verilir. Artıq özəl telekanallarda yaradıcı kadrlar və yaradıcılıq mühiti sıradan çıxıb. Şəxsi maraqlara əsaslanan ucuz şou və qalmaqallı proqramlara üstünlük verilir.
Tamaşaçı cəlbi məqsədilə “yalançı göz yaşları”, “doğmaların və ailə üzvlərinin bir-birlərinin təhqirinə və ittihamlarına”, “qan tökülməsi və qətllə” bağlı verilişlərə daha çox yer ayrılır.
Əksəriyyəti yüngül və primitiv alınan yeni çəkilən teleserialları da bu cərgəyə aid etsək, proqram siyasətinin biabırçı vəziyyətə düşmə səbəbini asanlıqla taparıq!”

B.Sadıqovun sözlərinə görə, bu barədə dəfələrlə deyilsə və yazılsa da, faydası olmayıb.

Onun fikrincə, çünki dövlətin və milli maraqların “cib maraqlarına” qurban verilməsi adi normaya çevrilib:

“Lakin məsələyə qloballaşan və ikili standartların mövcud olduğu dünyadakı proseslər baxımından yanaşıldıqda fərdi maraq naminə güzəştə yer qalmadığı da aydın görünür!

Və hər gün “praym-taym” vaxtında “mənəviyyatsız xalq” ideyasının təkidlə yeridildiyi verilişləri ölkə tamaşaçılarına sırıyanlara bir neçə sual ünvanlamaqdan vaz keçə bilmirsən: Siz hansı cəbhədənsiniz, cənablar və su tökdüyünüz dəyirmanın kimə məxsus olduğunun fərqindəsinizmi?
Millətimizi bu qədər mənəviyyatsız, miskin və cılız təqdim etməkdə məqsədiniz nədir? Niyə “yaxşılarla” “pislərin” “tərənnümündə” real həyatdakı mövcud nisbəti qoruyub saxlamırsınız?
Bir sponsor və kompüterdə “əl gəzdirilmiş” mahnılarla 6 ay ərzində maşın, geyim-kecim, mənzil və “teleməşhurluğa” nail olan “müğənnicikləri” gəncliyə nümunə göstərməklə onları haraya səmtləndirmək istəyirsiniz?
Anlayırsınızmı ki, artıq Azərbaycan teleməkanı Azərbaycanın mənəvi mühiti üçün ciddi təhlükəyə çevrilir? Olmaya ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin və mentalitetimizin qorunması ilə bağlı 2001-ci ilin avqustunda verdiyi məşhur bəyanatı artıq unutmusunuz?
Hələ də özəl telekanalların hədəfində Azərbaycan ailəsinin süqutu və onun “yararsızlığının” sübutu dayanır! Özəl telekanalların əsas məqsədi sabaha inamsızlıq, mənəvi dəyərlərimizə hörmətsizlik aşılamaq, cəhaləti geniş yaymaq, nəticə etibarı ilə isə xalqımızı savadsız, cahil, sadəlövh bir kütləyə çevirməkdir!..”



Yerləşdirilib:15 Yanvar, 2013  17:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com