Səudiyyə Ərəbistanı Peyğəmbər şəhəri olan müqəddəs Mədinəni dünyaya tanıtmaq üçün bu il müxtəlif tədbirlər keçirəcəyini açıqlayıb.
İslam.az-ın Diyanethaber.com saytına istinadən verdiyi xəbərə görə, Mədinə valisi şahzadə Əbdüləziz bin Macid bu məqsədlə konfrans, seminar, sərgilər və s. bu kimi tədbirlər keçiriləciyini açıqlayıb. Bundan başqa Səud kralı Abdullah Hz. Məhəmmədin (s) məqbərəsinin olduğu “Məscidi Nəbəvi”də (peyğəmbər məscidi) böyük bir kitabxana açılması üçün əmr verib.