İslam.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə BMT baş katibi Pan Gi Mun İsrailin Fələstinin Qərbi Şəriyə bölgəsində qanunsuz yaşayış yerləri inşa etməsinin beynəlxalq hüquqa zidd olduğunu bildirərək, rejimdən bu fəaliyyətlərini dayandırmağı tələb edib.
Baş katibin sözcüsü Eduardo del Buey keçirdiyi mətbuat konfransında baş katibin İsrail rejiminin Fələstindən işğal edilmiş ərazilərdə yaşayış yerləri inşası planlarını yaxından izlədiyini bildirib.
Pan Gi Mun öncəki açıqlamalarında İsrail rejiminin bu planlarından məyus olduğunu və bunun qanunlara zidd olduğunu ifadə etmişdi.