Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayan həmvətənlilərimiz İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsənin (ə) şəhadəti münasibəti ilə əzadarlıq mərasimi keçirib.
İslam.az-ın Deyerler.Org-a istinadən verdiyi xəbərə görə, mərasimdə 300 nəfərdən çox azərbaycanlı iştrak edib. Məclisə Moskvada yaşayan bütün ilahiyyatçılar qatılıb. Mərasimdə onlar tərəfindən söhbətlər və möziələr olunub, Moskva Əhli-beyt (ə) məddahları tərəfindən rövzə və mərsiyələr oxunub.