Suriya Prezidenti Bəşər Əsəd, onun ailəsi və bir neçə qohumu Aralıq dənizində lövbər salmış, Rusiyanın nəzarətində olan hərbi gəmidə qalırlar.
Belçika mətbuatının Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarına istinadən verdiyi xəbərdə, prezidentin Dəməşqdə birbaşa vertolyotla getdiyi bildirilir.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bir sıra Qərb və ərəb ölkələri artıq uzun müddətdir onun istefaya getməsini tələb edir. Rusiya isə, Suriya xalqının öz müqəddəratını özünün həll etməli olduğunu israr edir.