Yasir Ərafatla əməkdaşlıq edə bilərdik və məsələni də çox çətinləşdirməyə ehtiyac yox idi. "Y. Ərafatın terrora məruz qalması heç də yaxşı olmadı" deyə İsrail prezidenti Şimon Peres bildirib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Ş.Peres NEW YORK TIMES–a verdiyi müsahibədə belə deyib.
O ,1988-ci ildən indiyə qədər bir çox Fələstin rəhbərinin qətlə yetirilməsinə etiraz edərək bildirib: “İsrail dövlətinin öz məqsədinə çatması üçün terrordan silah kimi istifadə etməsini rədd edirəm. Fələstin rəhbərləri hamısı eyni deyillər. Mən Netanyahonun Həmasa qarşı siyasətini dəstəkləyirəm. Amma Mahmud Abbas bizim dəyərli şərikimizdir. Təhlükəsizlik orqanımız Fələstin qüvvələrinin bizimlə birgə antiterror əməliyyatlarında iştirak etdiklərini söyləyirlər. Fələstin münaqişəsi yalnız Orta Şərqə aid deyil. Bu, bütün müsəlmanların diqqət mərkəzindədir. Fələstin münaqişəsinin həlli 1.5 milyard müsəlmanın İsraillə problemini həll edəcək. Sülhün yaranması üçün fürsətlər var. Əgər daha 10 il yaşaya bilsəm, sülhü görmək şərəfinə nail olacağam”.
Bildirək ki, Yasir Ərafatın zəhərlənməsində İsrailin rolunun olmasıı fikri daha çox səslənməkdədir. KIV Peresin bu sözlərini Ərafatın terrora məruz qalmasının etirafı kimi qələmə veriblər.