Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya prezidenti Bəşər Əsədin istefasının problemləri həll etməyəcəyini deyib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, o, Ukraynanın xarici işlər naziri Leonid Kozar ilə görüşdən sonra mətbuata açıqlama verib. S.Lavrov: “Müttəfiqlərimiz Suriya prezidentini bu siyasi prosesdən çıxarmaqla problemlərin həll ediləcəyini düşünür. Bu şərt Cenevrə sazişində yoxdur və həyata keçirilməsi də qeyri-mümkündür, çünki Əsədin istefa verməsinə heç kim müdaxilə edə bilməz” deyib.
O, əlavə edib ki, Suriya prezidentinin istefası problemi həll etməyəcək, əksinə ölkədəki ölü sayının artmasına səbəb olacaq: "Bu prosesi dəstəkləyənlər isə məsuliyyəti öz üzərinə götürməlidir” deyə o vurğulayıb.