“Yanvarın 22-də İsrail parlamentinə keçiriləcək seçkilərdə qələbə qazanacağım təqdirdə əsas prioritetim İranın nüvə proqramı olacaq”.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ senatoru Mitç Makkonelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Onun sözlərinə görə, İsrail bölgədə böyük bir təhdidlə qarşı-qarşıyadır, ona meydan oxuyan qüvvələr var: “İranın nüvə silahı əldə etməsini önləmək... Bu zənn edirəm hər iki ölkə üçün də ən böyük prioritet məsələdir. Sizin və ABŞ-ın dəstəyinə minnətdaram”.