"Azan səsini eşidən seneqallılar Osmanlıya qarşı döyüşmədilər".
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.
O, Seneqala səfəri zamanı müxtəlif görüşlər keçirib, Türkiyə-Seneqal biznes forumunda iştirak edib.
Forumda çıxış edən R.T.Ərdoğan Türkiyə ilə Seneqal arasında dərin tarixi əlaqənin olduğunu bildirib: "Biz seneqallı qardaşlarımızla müharibə əsnasında qarşılaşdıq. Seneqallılar Çanaqqala döyüşündə Osmanlıya qarşı vuruşdu. Amma seneqallı əsgərlərə: "Osmanlıların yanında döyüşəcəksiniz!" dedilər. "Osmanlıya qarşı vuruşun!" demədilər. Azan səsini eşidən seneqallılar döyüşmədən meydanı tərk etdilər”.
Seneqallıların Osmanlı tarixində qəhrəman olaraq xatırlandığını vurğulayan baş nazir deyib ki, Osmanlıya qarşı döyüşdüyünü anlayan seneqallı qardaşlarımız döyüş toplarını məhv etdilər. Həmin topları məhv edən seneqallı əsgərlər isə öldürüldülər. "Bizim Seneqal ilə bax belə qürurverici tarixi əlaqəmiz var" deyə Baş nazir vurğulayıb.