Məhəmməd peyğəmbərin karikaturasını çəkməklə müsəlman dünyasını təhqir edən danimarkalı karikaturaçı həbs edilib. O, digər millət və dinlərin nümayəndələrinə qarşı qeyri-korrekt münasibətdə şübhəli bilinir.
Qriqorius Neksşot ləqəbi ilə işləyən karikaturaçı mayın 15-də saxlanılıb və gecəni istintaq təcridxanasında keçirib. Onun həbsində on polis əməkdaşı iştirak edir. Karikaturaçının əsl adı hələlik açıqlanmır. Bu addım onun təhlükəsizliyi üçün atılıb.