ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
İslam.az-ın verdiyi xəbərə görə, B.Obama prezident seçilməsi münasibətilə onu təbrik edən Azərbaycan dövlət başçısına təşəkkür edib.
Onun məktubunda deyilir: “Göndərdiyiniz xoş təbrik məktubuna görə Sizə minnətdarlığımı bildirirəm. Növbəti dörd il ərzində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsini və daha da möhkəmləndirilməsini arzulayıram. Əminəm ki, birgə səylərimiz nəticəsində dünyanın bir çox yerində üzləşdiyimiz çağırışların öhdəsindən uğurla gələcəyik. Xoş sözlərinizə görə bir daha təşəkkür edirəm.”