Miçiqan şəhərində meydana gələn olayda 19 illik müəllim Con Şaymannın Hüseyn Mruya "terrorist" dediyi və bu səbəbdən məktəb sədrliyi tərəfindən verilən qərarla vəzifəsinə son verildiyi bildirildi.
Şaymann haqqında dava açan ata Mrunun məhkəmə sənədində, Şaymannın doğru olmadığını bildiyi halda Mrunun qızına "Atan terrorist siyahısındadır" dediyi və özünü də Daxili Təhlükəsizlik Departamenti üçün işlədiyini söylədiyi iddia edildi.
Məhkəmə sənədində Şaymanna belə davranışlarına görə bir neçə dəfə xəbərdarlıq edildiyi bildirilərək, onun tənqid edilməsi istənildi.
Digər yandan, polis Hüseyn Mrunun evi və avtomobilinə bir neçə dəfə silahla atəş edildiyini və hücumla əlaqədar olaraq sorğu-sualın hələ də davam etdiyini bildirdi.