Azərbaycan, Türkiyə və Qazaxıstan Silahlı Qüvvələrinin xüsusi təyinatlı kiçik bölmələrinin iştirakı ilə “Anadolu” adlı birgə təlim keçiriləcək.
İslam.az-ın "Trend"ə istinadla verdiyi görə, təlimin bu il ərzində keçirilməsi nəzərdə tutulur. Təlimin keçiriləcəyi dəqiq tarix isə yaxın vaxtlarda dəqiqləşdiriləcək.
Yaxın vaxtlarda “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında xüsusi təyinatlı kiçik bölmələrin “Anadolu” təliminin keçirilməsi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır.
Azərbaycan tərəfdən sənədi imzalamaq səlahiyyəti Azərbaycanın Türkiyədəki hərbi attaşesi Tofiq Qasımova verilib.