Türkiyə Əmniyyət Gənəl Müdirliyinin (Baş Polis İdarəsi) Asayiş İdarəsinin saytında yerləşdirilən itkin düşmüş şəxslərin siyahısında Azərbaycan vətəndaşları da var.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, saytda Türkiyədə itkin düşmüş yerli və xarici vətəndaşların adları, fotoları və itkin düşdüyü ərazinin adı yerləşdirilib. İtkin düşmüş şəxslərin siyahısında 2922 nəfərin adları var ki, bunlardan 110-u xarici vətəndaş, o cümlədən 8-i Azərbaycan vətəndaşıdır.