Qərb dünyasının müsəlmanları daha yaxşı tanıması məqsədilə əvvəlcə yazı yayınlayan, daha sonra da 50 min Quran-i Kərim paylayan Belçikanın "De Standaard" qəzeti, beynəlxalq mediya oskarı qazanıb.
"International Newspaper Marketing Assosiation", qəzeti "oxucuya çatmaqda ən uğurlu yollar" nominasiyasında zirvəyə yüksəldib. İslamofobiyanın yüksəlişdə olduğu bir dönəmdə İslamla bağlı yazı yayınlayan, daha sonra da oxucularına Quran-i Kərim paylayan Belçikanın "De Standaard" qəzeti, bu il "mediya oskarı" üçün "New York Times" və "Wall Street Journal" kimi dünya nəhəgləri arasından qalib çıxaraq bu ödülə layiq görüldü. Amerikada bir araya gələn jüri üzvlərinin yaddaşında ən çox iz buraxan ünsür, qəzetin cəsarəti və əldə etdiyi uğur oldu.