BMT İnsan Haqları Komitəsi hicab taxdığına görə Fransa məktəbindən uzaqlaşdırılan Hindistan əsilli Bikramijt Sinqxin məktəbdən uzaqlaşdırılmasını qanunsuzluq faktı olaraq təsdiqləyib.
“Fransa məmurlarının dünyavilik qanunlarına bağlılıqları onlara hər bir səlahiyyəti vermir. İnanclarına uyğun geyinən məktəblilərin məktəbdən uzaqlaşdırılmasının heç bir haqlı tərəfi ola bilməz”, - deyə İnsan Haqları Komitəsinin qərarında bildirilir.
İslam.az-ın "Dəyərlər"ə istinadla verdiyi xəbərə görə, BMT Komitəsi Fransa hökumətinin məktəbin bu qərarını dəstəkləməsinə etirazını bildirir və qeyd edir ki, şagirdin hicablı olması digər şagirdlərin haqq və azadlıqlarını pozmur. Komitə, şagirdin öz dini inancına uyğun geyinməsinə görə təhsildən uzaqlaşdırılmasını gərəksiz və səhv olaraq dəyərləndirib. Fransa, BMT-nin müvafiq qərarından sonra 180 gün müddətində buna etirazını rəsmi qaydada bildirə bilər.
Xatırladaq ki, hələ 2004-cü ildə Hindistan əsilli müsəlman şagird inancına uyğun olaraq hicab geyindiyinə görə məktəbdən qovulmuşdu. Məktəbin qərarından Fransa məhkəməsinə şikayət edən qız burada da məğlub olduqdan sonra 2010-cu ildə BMT İnsan Haqları Komitəsinə müraciət etmişdi.