Fələstin Milli Administrasiyasının (FMA) rəhbəri və HƏMAS hərəkatının lideri bu gün Qahirədə görüşəcəklər. Mahmud Abbas və Xalid Məşəl FƏTH və HƏMAS arasında barışığı müzakirə edəcəklər.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, görüşə Misir Prezidenti Məhəmməd Mursi, eyni zamanda FƏTH-in və HƏMAS-ın yüksək vəzifəli üzvləri qatılacaqlar.
Xatırladaq ki, Misir uzun müddətdir HƏMAS və FƏTH arasında barışıq əldə etməyə çalışır. Ancaq daha əvvəl hakimiyyətin bölünməsi, silahlanma üzərində nəzarət, həmçinin tərkibinə HƏMAS-ın daxil olduğu Fələstin Administrasiyasını İsrailin və digər dövlətlərin qəbul edib etməyəcəyi kimi məsələlərə görə bu səylər boşa çıxıb.