ABŞ prezidenti Barak Obama, xanımı Mişel Obama, qızları Malia və Şaşa Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya təbrik məktubu göndəriblər.
Islam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Obama ailəsi Azərbaycan prezidentini və xanımını Yeni il münasibətilə təbrik edib.
“Qoy Yeni ildə Sizin və dostlarınızın evlərində, ailələrində daim bayram sevinci olsun”, - məktubda bildirilir.