ABŞ Rusiya banklarına xəbərdarlıq edib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, ABŞ Xəzinədarlıq Departamenti Rusiya banklarına Suriya təşkilatları ilə olan əməkdaşlığa görə xəbərdarlıq edib. Departamentin yaydığı bəyanata görə, Rusiya bankları ABŞ-ın qara siyahısında olan Suriyanın Mərkəzi və Dövlət Kommersiya bankları ilə əməkdaşlıq edir. Halbuki adıçəkilən banklara ABŞ, Avropa İttifaqı və Ərəb Dövlətləri Liqası tərəfindən sanksiyalar tətbiq olunub. Əgər belə davam edərsə, biz onlar ilə əməkdaşlığımızı dayandırarıq.”
Bildirək ki, Avropa İttifaqı 2012-ci ilin martında ABŞ-ın bu sanksiyalarınaa qoşulub. Sanksiyalara əsasən, adıçəkilən banklarla əməkdaşlıq dayandırılıb və onların fəaliyyəti nəzarətə götürülüb.