"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (DJHAM) həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən 2012-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib, 91 nəfər yaralanıb və ya xəsarət alıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi məlumata görə, bu dövrdə dünyalarını dəyişənlərin 16-i döyüş (16 nəfər erməni gülləsi), 3-ü mina, 1-i əməliyyat, 77-i isə qeyri-döyüş itkiləridir. 8 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 16 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 11 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 14 nəfər xəstəlikdən dünyasını dəyişib. 19 nəfər intihar edib.