İraqın Baş naziri Nuri Əl Malikinin lideri olduğu Hüquq Dövləti Koalisiyasının qabaqcıl siyasətçilərindən biri Əbdül əl Halim əl Rəhimi Türkiyəni Mosul torpaqlarına göz dikməkdə günahlandırıb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, o, İranın “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada Əl Anbar vilayətində hökumətə qarşı keçirilən etiraz aksiyalarının arxasında Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı üçlüyünün olduğunu söyləyib: "Əl Anbarda etiraz nümayişlərində iştirakçılar əllərində "Əl Qaidə" ilə əlaqəsi olan Əl Nusra Cəbhəsi, Azad Suriya Ordusu və Səddam Hüseyn ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın foto və bayraqları daşıyırdılar. Ərdoğanın məqsədi İraqlı bəzi siyasətçilərin köməyi ilə Mosulu Türkiyəyə birləşdirməkdir”.
İraqlı siyasətçi Türkiyə baş nazirinin Osmanlı imperiyasını yenidən canlandırma xəyalları qurduğunu söyləyərək, onun Türkiyədə ən nifrət edilən siyasətçi olduğunu vurğulayıb.