POPULYARXƏBƏRLƏR

Kainat və insan

Kainatı yoxdan yaradan Allahın varlığı bugünkü elm və texnologiya reallığının qarşısında inkaredilməz bir həqiqətdir. Həqiqətən də, elm inkişaf etdikcə başqa dinlər sarsılıb bu ortaya çıxan yeniliklərlə uzlaşa bilmədiyi halda, İslam dini elmə qucaq açır və müasir elmin ortaya çıxardığı heç bir yeniliklə təzad təşkil etmir.

Əziz müsəlmanlar!

Allahın varlığını isbat etmək, inkarçıları susdurmaq üçün elm adamları tərəfindən müxtəlif dövrlərdə müxtəlif dəlillər irəli sürülmüşdür. Kimisi kainatın varlığına, kimisi maddənin hərəkət və deformasiyasına, kimisi də kainatın nizamına və hər şeyin bir məqsəd üçün yaradılmış olduğuna diqqət çəkərək Allahın varlığını və birliyini isbat etməyə çalışmışlar.

Əgər Qurani-Kərimə nəzər salsaq görərik ki, onlarla yerdə Uca Allah bizi ətrafımıza, kainata nəzər salmağa çağırır, yer üzünü gəzib dolaşmağa, gördüklərimiz haqqında düşünməyə təşviq edir. Çünki bütün bunlarda Allahın varlığına açıq-aşkar dəlillər mövcuddur.

"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır" (Bəqərə, 164).


Hörmətli möminlər!

Həqiqətən də, əgər biz vaxtında lazımi diqqəti göstərərək bu ayələrin mənaları üzərində düşünsəydik, hər şeydə Allahın əlamətlərini sezər, hətta kainatın sirlərinə başqalarından daha əvvəl yiyələnmiş olardıq. Çünki bir çox təbiət qanunları (məsələn, cazibə qanunu, nisbilik nəzəriyyəsi, kainatın genişlənməsi nəzəriyyəsi) ortaya çıxdıqdan sonra sanki qəflət yuxusundan ayılmış kimi, Quranda bunlara olan açıq işarələri görməyə başlamışıq. Halbuki, Qurani-Kərim bizi bu işə təşviq edərək ətraf aləmlə tanış olmağa çağırır:

"Göyün necə ucaldılmasına, dağların necə dikəldilməsinə və yerin necə döşədildiyinə baxmırlarmı?" (Ğaşiyə, 18-20);

"Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?" (Vaqiə, 63-64);

"Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz? Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükür etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan yolçuların faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu Rəbbinin adını müqəddəs tutub zikr et!" (Vaqiə, 68-74).


Əziz müsəlmanlar!

Bu gün bir çoxlarının etdiyi kimi, sadəcə bir küncə çəkilərək dini yaşamaq, dünya ilə əlaqələri kəsmək dinimizin tövsiyəsi deyil. Əksinə, dinimiz müsəlmanları elmə, araşdırmağa, tədqiq etməyə həvəsləndirərək kainatın əfəndisi olan müsəlmanları bu dünyadan daha da bəhrələnməyə dəvət edir. Çünki dinimizin məqsədi iki dünya səadətini təmin etməkdir.

Həqiqi firavanlıq və səadəti tapanlar isə, göy və yerdəki misilsiz sənəti görənlər, mülkün sahibini, əsərləri ilə dərk edərək könül rahatlığına çatanlardır.



Aqil Hacıyev ([email protected])



Yerləşdirilib:15 May, 2008  21:04, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com