Hindistanın müsəlman qadınların şəxsi məsələləri üzrə hüquqi şurası dövlətə müraciət edib. Şuranın tələbi qadınlar üçün xüsusi məscidin tikilməsidir.
Şuranın sədri Şaist Amberin sözlərinə görə, cəmiyyətin nüfuzlu insanları və ilahiyyatçılar qadınlar üçün məscid layihəsini dəstəkləməlidirlər. Müsəlman qadınlar da məsciddə namaz qılmalı, dini ayinləri yerinə yetirməlidirlər. İslam qadınlara məsciddə namaz qılmağı qadağan etmir. Məhəmməd (ə.s) peyğəmbərin həyat yoldaşı Hafza binti Ömər qadınların kütləvi namazlarına rəhbərlik edib.
Xatırladaq ki, Şura 2005-ci ildə yaradılıb, Hindistan qadınlarına nigah və ailə məsələlərində məsləhət xidməti həyata keçirir.