Almaniyanın "Bild" qəzetinin xəbərinə görə, alman milli futbolçu Patrik Ebert hər məşqdən qabaq əllərini yuxarı qaldırıb dua edir və salavat çəkir.
Berlinin "Herta" klubunda top qovan 21 yaşlı gənc idmançı Almaniyanın "Bild" qəzetinə verdiyi müsahibədə, "Bəli, Allaha dua edirəm. Yaxın zamanda müsəlman olmağı düşünürəm. Əlləri üzə çəkmək ruhun təmizlənməsini təmin edir. Dua etmək mənə güc verir və komanda yoldaşlarımı qoruyur" dedi.
Qəzetin suallarını cavablandıran alman milli futboçu, "Bir çox yoldaşım, məni çox dərində maraqladıran bu dinə mənsubdur. Quranı demək olar ki, bitirdim. İndi İslamı anladan daha iki ədəd kitab aldım. Onları da oxuduqda sonra müsəlman olmaq üçü hazır bir vəziyyətə gəlmiş olacağam" dedi.
İki il öncə müsəlman olan Bavariyalı ulduz futbolçu Frak Riberinin də eyni şəkildə dua etdiyini xatırladan qəzet, "Ümid edirik ki, Ebertin rəqibləri də inancın verdiyi bu gücü hiss edə bilərlər" şərhini verdi.